Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məsud Pezeşkian Azərbaycan haqqnda danışdı: Bunu mütləq edəcəyik!

Məsud Pezeşkian Azərbaycan haqqnda danışdı: Bunu mütləq edəcəyik!

Biz Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də eyni şeyi edə bilərik.

Birinci24.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün keçirilən mətbuat konfransında deyib.

O, İraqa olan ilk xarici səfərinə toxunaraq qeyd edib: 

“Xarici məsələlərlə bağlı qonşu ölkələrlə əlaqələrimizi yaxşılaşdırmağa çalışırıq. İraqa və İraqın Kürdüstan bölgəsinə, Bəsrə və Bağdadın özünə səfərimiz zamanı oradakı rəsmilərlə də danışdıq. Əksəriyyətində belə bir fikir var idi ki, onlarla strateji planlar yazaq, birgə layihələr həyata keçirək.

Biz Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də eyni şeyi edə bilərik. Təbii ki, azad bazarın böyüməsi üçün investisiyalar, xarici əlaqələr lazımdır. Biz xarici diplomatiyanı mütləq namus, müdriklik və məqsədəuyğunluq əsasında həyata keçirəcəyik”.

Editor

Related Posts