Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 22 ədəd “Leopard 1 A5” tankı, 22 ədəd zirehli maşın və 12 ədəd “Pzh 2000” özüyeriyən artilleriya qurğusundan ibarət növbəti hərbi yardım paketi ayırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bu paketə həmçinin 61 min ədəd 155 mm-lik artilleriya mərmisi, 3 ədəd “GEPARD” özüyeriyən zenit qurğusu, atıcı silahlar üçün 1 milyon ədəd patron və 10 ədəd MG3 pulemyotu daxildir.

Bundan başqa, rəsmi Berlin Kiyevə 5 ədəd “Bandvagn 206” tırtıllı maşını və 1 ədəd “Warthhog” tırtıllı avtomobili göndərir.

Almaniya hökuməti həmçinin 30 ədəd “Vektor” kəşfiyyat PUA-sı və onların ehtiyat hissələrini, 20 ədəd “RQ-35 Heidrun” kəşfiyyat dronu, 12 ədəd “Songbird” PUA-sı, 6 ədəd “Hornet XR” PUA-sı və 20 ədəd ekipajsız suüstü aparat tədarük edəcək.

Eyni zamanda, Ukraynaya 2 “TRML-4D” radiolokasiya stansiyası, 16 yerüstü müşahidə radiolokatoru, 2 ədəd AMPS helikopteri üçün mühafizə sistemi və sursatların zərərsizləşdirilməsi üçün avadanlıq göndəriləcək.

Editor

Related Posts