Today Çərşənbə axşamı, 10th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycan İranla “Xudafərin”, “Qız Qalası” və “Ordubad” SES-ləri ilə bağlı müzakirə aparıb

Azərbaycan İranla “Xudafərin”, “Qız Qalası” və “Ordubad” SES-ləri ilə bağlı müzakirə aparıb

Energetika naziri Pərviz Şahbazov İranın energetika naziri Abbas Aliabadi ilə görüşüb.

Birinci24.com xəbər verir ki, bu barədə P.Şahbazov özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Çində İranın energetika naziri Abbas Aliabadi ilə enerji əməkdaşlığımızın gündəliyində birgə layihələrlə bağlı səmərəli görüşümüz oldu. “Xudafərin” SES, “Qız Qalası” SES, “Ordubad” SES və Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihələrinin icrasından irəli gələn məsələləri, elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”, – deyə nazir bildirib.

Editor

Related Posts