Today Çərşənbə axşamı, 10th İyun 2025
Birinci 24

Birinci 24

Həsən Nəsrullahın varisi öldürülüb – İsrail ordusu

Həsən Nəsrullahın varisi öldürülüb – İsrail ordusu

Oktaybarın 22-də İsrail ordusu “Hizbullah”ın keçən ay öldürülmüş lideri Həsən Nəsrullahın qohumu və mümkün varisi Haşim Safiəddinin üç həftə əvvəl Livanda hava hücumu nəticəsində məhv edildiyini rəsmən təsdiqləyib (BBC).

Safiəddin hərəkata Nəsrullahın sentyabrın 27-də öldürülməsindən sonra, baş katibin müavini Naim Qassemlə birlikdə rəhbərlik edib. O, qruplaşmanın hərbi əməliyyatlarına cavabdeh olan Cihad Şurasının üzvü və maliyyə və inzibati məsələlərə nəzarət edən İcra Şurasının rəhbəri olub.

“Hizbullah”ın daha bir komandirinin – Əli Hüseyn Həzimənin də həlak olduğu bildirilir.

İsrail Səfiəddinin həlak olduğunu daha əvvəl açıqlamışdı, amma faktı rəsmən bu gün – ABŞ dövlət katibi Antoni Blinkenlə İsrailin Baş naziri Binyamin Netanyahunun Yerusəlimdəki görüşündən bir neçə saat sonra təsdiqləyib.

Co Bayden administrasiyası Qəzzadakı müharibəni dayandırmağa və HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra israilli girovların buraxılmasını təmin etməyə çalışır.

Blinken Netanyahuyla 2,5 saatlıq danışıqlardan sonra Səudiyyə Ərəbistanına gedəcək. O, yola dsüşməzdən əvvəl jurnalistlərə deyib ki, İsrailin öz hərbi qələbələrindən yararlanmasının, bu uğurları qalıcı strateji uğura çevirməsinin vaxtı çatıb: “İndi biz diqqətimizi girovların qaytarılmasına, bu müharibəyə son qoyulmasına və bundan sonra nə edəcəyimizə dair aydın plan hazırlanmasına yönəltməliyik”.

Blinken Qəzzada saxlanılan girovları azad etmək və müharibəni bitirmək üçün yeni üslubların nəzərdən keçirildiyini bildirib.

Editor

Related Posts