Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

ABŞ Şimali Koreya qoşunlarının Rusiyada olduğunu təsdiqləyib

ABŞ Şimali Koreya qoşunlarının Rusiyada olduğunu təsdiqləyib

Pentaqon rəhbəri Lloyd Ostin jurnalistlərlə deyib ki, Şimali Koreya qoşunlarının Rusiyada tam olaraq nə etdiyini “aydınlaşdırmaq lazımdır”, amma Cənubi Koreya və Ukraynanın bildirdiyinə görə, onlar Rusiya tərəfdən müharibəyə qoşulmağa hazırlaşırlar.

“Əgər onlar Rusiya tərəfindən müharibəyə qoşulsalar, bu, çox ciddi problem olacaq və təkcə Avropaya yox, Hind-Sakit okeanı regionunda vəziyyətə də təsir edəcək” – Ostin belə deyib.

Ağ Ev ən azı 3000 Şimali Koreya hərbçisinin ilkin hazırlıq üçün Rusiyanın şərqinəki hərbi bazalarda olduqlarını və Ukraynadakı müharibəyə qoşulmaq qərbə göndəriləcəyini təsdiqləyib. Bütün bunlar “Rusiyanın Ukraynaya qarşı müharibədə artan çarəsizliyini nümayiş etdirir” – Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi  deyib.

Vaşinqton ABŞ-ın buna necə reaksiya verə biləcəyi barədə Ukrayna hökumətini məlumatlandırıb. “Rusiyanın Şimali Koreya hərbçilərilə əməkdaşlığı BMT TəhlüKəsizlik Şurasının Şimali Koreyadan silah tədarükünü və hərbi hazırlığı qadağan edən çoxsaylı qətnamələrinin pozulması deməkdir” deyə, Kirbi əlavə edib.

Editor

Related Posts