Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Laləni indi də Maykl Ceksona oxşatdılar

Əməkdar artist Lalə Məmmədovanın 180 dərəcədə imic dəyişimi ətrafında söz-söhbət “acı bağırsaq” kimi uzandıqca-uzanır.

Sənətçinin məclislərin birinə hazırlıqdan sonra gözəllik salonunun güzgüsü önündə çəkdirdiyi fotolar sosial şəbəkə əhli tərəfindən “eninə-uzunluğuna” müzakirə olunub.

Lalənin “Instagram” hesabında paylaşdığı şəkillərə izləyicilər şərhləri ilə hücüm çəkiblər.

Onlar Əməkdar artistin imic dəyişiminə ağız büzüblər.

“Bu üz görünüşündən necə razı qala bilər insan?”, “Burnu çox uğursuz alınıb. Yaraşmır. Süni görsənir”, “Lalə özünü Mayk Ceksona oxşadır. Burun quruluşu sanki gordan gəlib” şərhlərlə Laləni tənqid ediblər.

L.Məmmədova isə yazılanlara əhəmiyyət verməyib.

admin

Related Posts