Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Həyat yoldaşım qəlbimə dəysə, axşam peşmançılığını çəkir”

“Olub ki, yolda avtomobildə gedəndə qarşımdan bahalı bir maşın keçib. Həmin avtomobilə baxıb, ürəyimdə onu istəmişəm. Bir aydan sonra kreditlə də olsa, həmin nəqliyyat vasitəsini almışam”.

Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.

Sənətçi bildirib ki, onun xətrinə dəyən insan xeyir tapmır:

“Ağzımdan çıxan söz həyata keçir. Bir nəfər qəlbimə dəysin, əgər ona bəd-dua edərəmsə, o, problemlə üzləşər. Və ya yaxşı iş görər ona dua edərəmsə, işləri düzələr. Bu xasiyyətim də var. Məsələn, həyat yoldaşım nəsə deyib qəlbimə dəyərsə, axşam onun peşmançılığını şəkir”.

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

admin

Related Posts