Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda “Abşeron” 3:0 hesablı qələbəyə sevinib.
Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.