Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib – FOTO

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib – FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin inzibati binasında sakinləri qəbul edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, qəbuldan öncə nazir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra Kəmaləddin Heydərov tərəfindən qəbul edilən muxtar respublika sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Editor

Related Posts