İran polisi Tehranın cənubundakı Rey şəhərinin Faşapuye rayonunda İsrailin Mossad kəşfiyyat agentliyinin iki agentini saxlayıb.
Birinci24 informasiya agentliyi “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə polis sözçüsü general Müntəzir Əlmehdi məlumat yayıb.
Onun məlumatına görə, saxlanılanlardan 200 kq-dan çox partlayıcı maddə, 23 pilotsuz uçuş aparatı, onlar üçün buraxılış qurğuları, istiqamətləndirici sistemlər və idarəetmə panelləri götürülüb.
Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü İsrailin kəşfiyyat mərkəzlərini vurduğunu bildirib.