Today Çərşənbə axşamı, 17th İyun 2025
Birinci 24

Birinci 24

Kürdəmirdə etiraz: Kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladılar

Kürdəmirdə etiraz: Kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladılar

Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd sakinlərinin polis zorakılığına etiraz olaraq kütləvi aksiya keçirməsini əks etdrən video görüntülər yayılıb.

Görüntülərdən məlum olub ki, iyunun 16-da sahə müvəkkili Sığırlı kəndində yol kənarında kiçik ticarətlə məşğul olan kənd sakinindən pul tələb edib.

Buna görə onların arasında mübahisə yaranıb və sahə müvəkkili kənd sakinini döyərək ona fiziki xəsarət yetirib.

Bundan sonra kənd sakinləri etiraz olaraq Bakı-Qazax magistral avtomobil yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı Elxan İbrahimov və prokuror Tural İbrahimov gəlib.

Etirazçılar icra başçısına və prokurora bildiriblər ki, rayonun polis əməkdaşları kənddə, yol kənarlarında kiçik ticarətlə məşğul olan hər kəsi incidir və onlardan pul toplayırlar.

Sahə müvəkkili tərəfindən döyüldüyü deyilən vətəndaşın qohumu isə bildirib ki, döyülən adamın qolu sınıb.

İcra başçısı və prokuror etirazçılarla məsələnin araşdırılacağı ilə bağlı söz veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında isə bildirilib ki, polis əməkdaşları Kürdəmirin Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısını alıb.

Nazirlik kənd sakinin döyülməsi iddiasına cavab verməyib.

Sadəcə, qeyd edilib ki, həmin şəxslərlə profilaktik iş, izahedici söhbətlər aparılıb.

Kürdəmi Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı şöbəsinin müdiri Amir Şahbazov Meydan TV-yə hadisənin qısa zamanda həll edildiyini deyib:

“Hadisə dünən axşam çağı olub. Küçə ticarəti ilə məşğul olan vətəndaşla sahə müvəkkili arasında anlaşılmazlıq olub və vətəndaş polis bölməsinə aparılıb. Bundan sonra vətəndaşın yaxın qohumları buna etiraz ediblər. Ardınca kənd camaatı da onlara qoşulub və onlar küçələrə axışıblar. 10-15 dəqiqə ərzində yol kəsilib. İcra başçısı özünü ora çatdırıb. Camaatla söhbət edib, bununlda söhbət yekunlaşıb. Məsələnin gedişatı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Editor

Related Posts