Today Çərşənbə, 25th İyun 2025
Birinci 24

Birinci 24

İğdır-Naxçıvan qaz kəməri: Azərbaycanın enerji təhlükəsizliyində yeni mərhələ

İğdır-Naxçıvan qaz kəməri: Azərbaycanın enerji təhlükəsizliyində yeni mərhələ

Azərbaycan regionda enerji təhlükəsizliyini möhkəmləndirmək və dayanıqlı təchizat sistemləri yaratmaq istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmaqda davam edir.

Bu baxımdan İğdır-Naxçıvan qaz kəməri layihəsi xüsusi önəm daşıyır. Layihə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin növbəti nəticəsidir.

Bu kəmərin inşası 2020-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən planlaşdırılıb. Tikinti işləri Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşdirilib. Layihənin idarə olunmasını və istismarınl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi “SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) həyata keçirir.

Kəmərin ümumi uzunluğu: 97,5 təşkil edir. Bunun 80 km-i Türkiyə, 17,5 km-i isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

Layihənin əsas məqsədi Naxçıvanı sabit və dayanıqlı qazla təchiz etməkdir. Bu kəmər vasitəsilə muxtar respublikanı ilk dəfə olaraq xarici enerji mübadiləsindən asılı olmadan, birbaşa Azərbaycanın öz qazı ilə təchiz etmək nəzərdə tutulur. Bu, həm regionun enerji təhlükəsizliyi baxımından mühüm addım, həm də Azərbaycanın enerji resurslarının daha səmərəli və geniş istifadə olunmasına imkan yaradır.

24 dekabr 2024 tarixindən etibarən İğdır-Naxçıvan boru kəməri qaz nəqlinə tam hazırdır. Bunun üçün kəmər və ona aid stansiyada bütün müvafiq tənzimləmə işləri aparılıb, infrastruktur hazır vəziyyətə gətirilib.

İğdır-Naxçıvan qaz kəməri eyni zamanda Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha bir praktik təzahürüdür. Layihə iki ölkə arasında etibarlı tərəfdaşlığın enerji sahəsində genişlənməsinə töhfə verir.

İğdır- Naxçıvan qaz kəməri, Azərbaycanın enerji təhlükəsizliyinə yönəlmiş uzunmüddətli strategiyasının uğurlu davamıdır. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində reallaşan bu layihə, həm regionun enerji təminatında sabitliyi gücləndirir, həm də Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Editor

Related Posts