“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və tarixi ilə bağlı müzakirələrə başlamağa hazırdır”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
“Ermənistan konstruktivdir. Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla danışıqlara başlamağa hazırıq”, – Mirzoyan bildirib.