Sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, həmçinin rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı da məlumatlar yayılıb.
Məlumat rəsmi olmasa da, sosial şəbəkələrdə müsbət qarşılanmışdı.
Elm və Təhsil Nazirliyi isə sosial şəbəkələrdə rus dilində tədrislə bağlı yayılan məlumatlara dair çağırış edib. Nazirlikdən APA-ya bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.