Naxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

Naxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. 13 sahibkar hərracın qalibi olub.

Diqqətə çatdıraq ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin növbəti hərracı 22 iyul 2025-ci il tarixdə Heydər Əliyev prospekti 06 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında təşkil olunacaq.

Editor

Related Posts