Rusiya mətbuatı: İlham Əliyevin oğlunun Rusiyada vergi borcu üzə çıxıb

Rusiya mətbuatı: İlham Əliyevin oğlunun Rusiyada vergi borcu üzə çıxıb

35 milyon dollarlıq mülkün Heydər Əliyevin adına rəsmiləşdirildiyi bildirilir.

Bir neçə Rusiya KİV-nin yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Moskva ətrafındakı Barvixa qəsəbəsində yerləşən dəbdəbəli villasına görə təxminən 1 milyon rubl (10 min ABŞ dolları) məbləğində vergi borcu yaranıb.

Məlumata əsasən, “Mayendorf Bağları” adlı elit yaşayış kompleksində yerləşən və dəyəri təxminən 35 milyon dollar (təqribən 2,7 milyard rubl) olan 1600 kvadratmetrlik bu imarət 27 yaşlı Heydər Əliyevin adına rəsmiləşdirilib.

Moskva vilayətinin vergi orqanları dəfələrlə məhkəməyə müraciət edib və borcun tutulması ilə bağlı qərar verirlər. Lakin Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) saytında prezidentin oğlunun doğum tarixi bir gün səhv göstərildiyindən, borcun rəsmi şəkildə axtarışı və geri alınması prosesində çətinliklər yaranıb.

Məsələ ilə bağlı Azərbaycan tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Editor

Related Posts