Today Çərşənbə, 9th İyul 2025
Birinci 24

Birinci 24

Netanyahu Tramp üçün Nobel mükafatı istəyir

Netanyahu Tramp üçün Nobel mükafatı istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü elan edib.

Birinci24 informasiya agentliyi “Associated Press” agentliyinə istinadla xəbər verir ki, o bunun üçün Nobel Komitəsinə məktub göndərdiyini bildirib.

“Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız”, – deyə o, Ağ Evdə Amerika lideri ilə görüşündə deyib.

Netanyahu əlavə edib ki, o, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.

Tramp İsrail Baş nazirinin ideyasından xəbərsiz olduğunu qeyd edib və Netanyahuya təşəkkür edib.

Editor

Related Posts