Today Cümə axşamı, 10th İyul 2025
Birinci 24

Birinci 24

Gəncədə daha bir cinayət: “Onun əhalisi mal-qara otarmır ki, başı işə qarışsın”

Gəncədə daha bir cinayət: “Onun əhalisi mal-qara otarmır ki, başı işə qarışsın”

“Gəncə bir vaxtlar ikinci böyük şəhər idi. Mən şəxsən Gəncəyə xüsusi diqqətin ayrıldığını görməmişəm. Bakıya, Sumqayıta olan diqqət Gəncəyə yoxdur. İkincisi, bu hallar şəhər əhalisinin xarakterindən də doğur. İnsan gündəlik real problemlərini həll edə bilmədikdə, özü üçün alternativ yollar axtarmağa başlayır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri yazıçı-publisist İlqar Əlfioğlu deyib.

O qeyd edib ki, ölkənin ikinci şəhərinə lazımi diqqət yetirilmir: Marqarita pizza

“Əvvəla, Gəncə ikinci böyük şəhər olmaqdan çıxıb. Xırdalan hazırda ondan böyükdür. Gəncədən niyə camaat çıxır? Bir vaxtlar ikinci böyük şəhər idi. Mən şəxsən Gəncəyə xüsusi diqqətin ayrıldığını görməmişəm. Bakıya, Sumqayıta olan diqqət Gəncəyə yoxdur. İkincisi, bu hallar şəhər əhalisinin xarakterindən də doğur.

Gəncə şəhərdir, onun əhalisi mal-qara otarmır ki, başı işə qarışsın. Bu adamlara şəhər şəraitində normal mühit lazımdır. Normal mühiti yaratmaq üçün isə gərək məktəb yaşından sağlam tərbiyə və təhsil yolu keçsin. Gəncə şəhərinin rəhbərliyi hazırki vəziyyətlə bağlı bir proqram hazırlamalıdır”. 

İlqar Əlfioğlu vurğulayıb ki, gənclər arasında avaralıq xeyli geniş yayılıb:

“Təhsilin nə vəziyyətdə olduğu məlumdur. Onun keyfiyyətini bir kənara qoyub rus məktəblərinin bağlanması üçün mübarizə aparırıq. Çox gülməlidir. İnsanın hansı dildə savadsız olmasının guya nə fərqi var?!

90-cı illərdən sonra bəyəm məktəblərimizdə dərs keçiblər? Bu çox köklü problemdir. Fərqi yoxdur, kriminala meyl olmayacaq, narkotikə meyl olacaq. Narkotikə meyl olmayacaq, oğurluğa meyl olacaq”.

İnsan gündəlik real problemlərini həll edə bilmədikdə, özü üçün alternativ yollar axtarmağa başlayır. Çox çətin məsələdir. Hökumətin diqqət etdiyi minlərlə sahə var, amma buna diqqət yetirmirlər.

Kriminala meyl həmişə yeniyetmə yaşlarında başlayır. Burada heç bir nailiyyət əldə etmək mümkün deyil. İnsan sadəcə bu yolla özünü təsdiqləmək istəyir. İnsan çətinə düşəndə gedib polisə deyir, polis həll etmirsə, təbii ki, başqa çıxış yolları axtarır”.

Xatırladaq ki, Gəncədə daha bir şəxs amansızlıqla bıçaqlanıb: 2007-ci təvəllüdlü R.Xəlilov bıçaqlanıb. Buna qədər ötən 2 ay ərzində şəhərdə 4 azyaşlı gəncin ölümü ilə nəticələnən cinayət hadisələri baş verib.

Editor

Related Posts