Today Cümə, 11th İyul 2025
Birinci 24

Birinci 24

“Rus bölmələri bağlanacaq deyə bir şey yoxdur” – Nazir

“Rus bölmələri bağlanacaq deyə bir şey yoxdur” – Nazir

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Birinci24 informasiya agentliyi APA-ya istinadla xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, – nazir qeyd edib.

Editor

Related Posts