Today Cümə, 11th İyul 2025
Birinci 24

Birinci 24

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edə bilər? – Rəsmi İrəvanın reaksiyası

Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edə bilər? – Rəsmi İrəvanın reaksiyası

Ermənistan Zəngəzur dəhlizinə başqa şirkət tərəfindən nəzarət oluna biləcəyini istisna etmir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.

Belə ki, jurnalisitn “Regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı funksiyaların beynəlxalq təşkilata həvalə edilməsi hələ də məqbuldurmu?” sualına Safaryan müsbət cavab verib.

Onun sözlərinə görə, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.

Jurnalistin “Başqa təşkilat nəzarəti həyata keçirə bilərmi?” sualına isə Safaryan nəzarət sözünün burada yanlış olduğunun bildirib.

“Bir daha təkrar edirəm: bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Söhbət müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, – deyə Safaryan qeyd edib.

Qeyd edək ki, daha əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb.

Editor

Related Posts