Today Çərşənbə, 16th İyul 2025
Birinci 24

Birinci 24

Şahin Şıxlinskinin oğlu saxlanıldı

Şahin Şıxlinskinin oğlu saxlanıldı

İyulun 15-i axşam saatlarında Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Ura.ru” mənbələrə istinadla məlumat yayıb.

“İlkin məlumatlara görə, Mutvəli, üç saat əvvəl saxlanılıb. Onun indi müvəqqəti saxlama təcridxanasına salınması planlaşdırılır. Daha sonra isə həbs-qətimkan tədbiri seçiləcək”, – agentliyin mənbəsi bildirib.

Mənbənin sözlərinə görə, Mütvəli Şıxlinski saat 20:30 radələrində ilkin olaraq İstintaq Komitəsinə təhvil verilib.
Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.

Qeyd edək ki, bundan əvvəl, iyulun əvvəlində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də Yekaterinburqda saxlanılıb. O, dindirildikdən bir neçə saat sonra sərbəst buraxılıb.

Editor

Related Posts