Today Çərşənbə, 16th İyul 2025
Birinci 24

Birinci 24

Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi

Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

Birinci24 informasiya agentliyi Oxu.az-a istinadən xəbər verilir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Belə ki, hadisə zamanı mənzildə iki uşaq olub. Onlardan biri – 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb.

Digər uşaq mənzildə olsa da (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.

Xatırladaq ki, Mehdi Səmədli Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi olub.

Editor

Related Posts