Today Cümə axşamı, 17th İyul 2025
Birinci 24

Birinci 24

İmamoğluna 1 il 8 ay həbs cəzası verildi 

İmamoğluna 1 il 8 ay həbs cəzası verildi 

Həbsdə olan İstanbul meri, Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Əkrəm İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. 

İyulun 16-da baş tutan məhkəmədə İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi ifadələrə baxılıb. 

Məhkəmə İmamoğlunu “hədəf göstərmə” ittihamından bəraətə layiq görsə də, “dövlət qulluqçusuna təhqir” üzrə 1 il 5 ay, “hədələmə” ittihamı üzrə isə 2 ay 15 gün həbs cəzası verib. Ona siyasi fəaliyyət qadağası qoyulmayıb. 

“Türkiyə Cümhuriyyəti tarixində belə bir təcrid yoxdur; susdurulan, danışmağa imkan verilməyən, vəsiqəlik şəklindən belə qorxulan bir Əkrəm İmamoğlu var”, – mer öz müdafiəsində deyib. 

Dövlət ittihamçısı İmamoğlunun 7 il 4 aya qədər həbslə cəzalandırılması, dövlət vəzifəsindən kənarlaşdırılması, seçmək və seçilmək hüququndan məhrum edilməsini tələb edirdi. 

Bu, İmamoğlunun ittiham olunduğu cinayət işlərindən sadəcə biridir. İstanbul meri əlavə olaraq üç işdə ittiham olunur. 

Bu işlərdə o, Türkiyə Ali Seçki Qurumu üzvlərini təhqir etməkdə, məhkəmə hakimiyyətinə və tenderlərə qanunsuz müdaxilədə ittiham olunur. 

Bundan əlavə, o, iki iş üzrə dindirilir. Bu işlərdə o, “terror təşkilatına yardım” və “cinayət təşkilatı yaradıb idarə etmək”də ittiham olunur.

Editor

Related Posts