Today Bazar ertəsi, 21st İyul 2025
Birinci 24

Birinci 24

“44 günlük müharibə dövründə kütləvi dezinformasiyalara məruz qaldıq” – Prezidentin köməkçisi

“44 günlük müharibə dövründə kütləvi dezinformasiyalara məruz qaldıq” – Prezidentin köməkçisi

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.

Birinci24 informasiya agentliyi “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:

“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.

O qeyd edib ki, bu informasiya hücumunun kulminasiyası 44 günlük Vətən müharibəsi oldu:

“Biz Azərbaycana qarşı geniş miqyaslı dezinformasiya kampaniyalarının şahidi olduq. Lakin Azərbaycan jurnalistləri və kütləvi informasiya vasitələri təkcə dəqiq faktlar və məlumatlar təqdim etmirdilər – onlar Azərbaycana və onun xalqına qarşı qurulmuş bütün yalan sistemini dağıtmaq uğrunda mübarizə aparırdılar. Məmnuniyyətlə qeyd edirəm ki, peşəkarlıq, birlik və beynəlxalq əməkdaşlıq sayəsində biz bu informasiya mübarizəsində uğur qazana bildik”, – deyə Hacıyev vurğulayıb.

Editor

Related Posts