Today Cümə, 1st Avqust 2025
Birinci 24

Birinci 24

Apellyasiya Məhkəməsi Şıxlinskinin şikayətini təmin etmədi

Apellyasiya Məhkəməsi Şıxlinskinin şikayətini təmin etmədi

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqda həbs edilən Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvala Şıxlinskinin və onun vəkilinin apellyasiya şikayətini rədd edib. Məhkəmə Leninski Rayon Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Şıxlinskinin vəkili Pavel Korobov bildirib ki, onun sentyabrın 14-dək istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar dəyişməyib. Apellyasiya məhkəməsi qapalı rejimdə, hakim Olqa Koşubinanın sədrliyi ilə keçirilib. Mütvala Şıxlinski dinləmədə istintaq təcridxanasından videobağlantı ilə iştirak edib.

O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Qeyd edək ki, bu gün Rusiya Daxili İşlər Nazirliyi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində də axtarış elan edib.

Editor

Related Posts