Today Cümə, 1st Avqust 2025
Birinci 24

Birinci 24

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm elan edilib.

Hökmə əsasən, Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Cinayət işində iddia olunur ki, Məmmədov 2015-2017-ci illər ərzində 10 nəfər şəxsi dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə aldadıb və həmin şəxslərdən ümumilikdə 25,597 manat pul alıb.

Həmçinin, Q.Məmmədovun sosial media hesablarından açıq şəkildə terrorçuluğa çağırışlar etdiyi iddia olunub. 

Nəticədə bloger dələduzluq, terrorçuluq, hədə-qorxu ilə tələb etmə maddələri də daxil olmaqla Cinayət Məcəlləsinin 24 maddəsi üzrə ittiham olunub. 

Azərbaycan Baş Prokurorluğu son dönəmlər mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb.

Aralarında bəzi bloger, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onların arasında ”Akkord” şirkətinin rəhbəri İlqar Hacıyev, blogerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov da var.

Editor

Related Posts