Today Cümə, 8th Avqust 2025
Birinci 24

Birinci 24

Tramp: “Cənubi Qafqaz və dünya üçün tarixi gün olacaq”

Tramp: “Cənubi Qafqaz və dünya üçün tarixi gün olacaq”

ABŞ prezidenti Donald Tramp Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı “tarixi” sülh sammitində qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ABŞ prezidenti bu barədə “Truth” hesabında yazıb.

Tramp hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirib.

“Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyədək buna nail olmayıblar. Bu isə “Trump” sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır” – deyə Tramp qeyd edib.

O əlavə edib ki, Əliyevlə Paşinyan avqustun 8-də onunla birlikdə Ağ evdə rəsmi Sülh İmzalanma Mərasimində iştirak edəcək.

D,Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin, iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq:

“İkitərəfli sazişlər iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün olanı edən bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi bir gün olacaq”.

Editor

Related Posts