Almaniya Kansleri Fridrix Merts İsrailin hərbi əməliyyatları genişləndirmək planına cavab olaraq bildirib ki, ölkəsi Qəzza zolağında istifadə oluna biləcək hərbi texnika ixracını dayandırır.
Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti beynəlxalq tənqidlər fonunda hərbi əməliyyatları genişləndirən və olan Qəzza şəhərinə nəzarəti ələ keçirmək planını təsdiqləyib.
Merts bildirib ki, HƏMAS-ı tərksilah etmək və israilli girovların azad edilməsini tələb etmək İsrailin haqqıdır.
“Almaniya hökuməti hesab edir ki, İsrailin ötən gecə Qəzza zolağında daha sərt hərbi əməliyyatlar aparmaq barədə verdiyi qərar bu hədəflərə necə nail olunacağını görməyi getdikcə çətinləşdirir” – Merts bildirib.
Kansler qeyd edib ki, bu şərtlər altında Almaniya hökuməti Qəzza zolağında istifadə oluna biləcək hər hansı hərbi avadanlıq ixracına yeni qərar verilənədək icazə verməyəcək.
İsrailin baş naziri Benyamin Netanyahunun koalisiyasındakı radikal sağçı müttəfiqlər HƏMAS silahlılarını tamamilə məhv etmə planı çərçivəsində Qəzzaya tam nəzarəti ələ keçirməyə çalışırlar.
Lakin ordu bu addımın hələ də girov saxlanılan insanların həyatını təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib.
Merts onu da bildirib ki, girovların azad edilməsi və atəşkəs üçün danışıqlar Almaniyanın əsas prioritetlərindən biridir.
O, Qəzza zolağında mülki əhalinin əziyyət çəkməsindən “dərin narahatlığını” ifadə edib.
Almaniya parlamenti iyunda açıqlama vermişdi ki, 7 oktyabr 2023-cü il və 13 may 2025-ci il tarixləri arasında İsrailə 485 milyon avro dəyərində hərbi texnika ixracı üçün lisenziyalar verilb.