Today Cümə, 8th Avqust 2025
Birinci 24

Birinci 24

Lukaşenko növbəti dəfə prezidentliyə namizəd olmağı planlaşdırmır

Lukaşenko növbəti dəfə prezidentliyə namizəd olmağı planlaşdırmır

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezidentlik müddətinə namizədliyini irəli sürmək fikrində olmadığını bildirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o bu barədə Amerikanın “Time” jurnalına müsahibəsi zamanı danışıb.
“Xeyr, mən bunu daha planlaşdırmıram”,  – Lukaşenko müvafiq sualı cavablandırarkən deyib.

O, həmçinin qeyd edib ki, Amerika lideri Donald Trampdan yaşca kiçikdir və sağlamlıq baxımından, ondan geri qalmır.

Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.

“Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim”, – Aleksandr Lukaşenko belə cavab verib.
Belarus Prezidenti həmçinin oğlunu böyük siyasətdə görmədiyini deyib.

Lukaşenkonun sözlərinə görə, Nikolay onun hərəkətlərini dəstəkləsə də, bir qədər müxalifdir.

Editor

Related Posts