Today Çərşənbə axşamı, 19th Avqust 2025
Birinci 24

Birinci 24

Türkiyənin məşhur layihəsində Güneli ələ saldılar

Türkiyənin məşhur layihəsində Güneli ələ saldılar

Müğənni Günel Zeynalova ilə türk aparıcı Burcu Esmersoy arasında qalmaqal yaşanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Günel Burcunun onun “Didem” klipində rol almasını ələ salmağına əsəbiləşib.

İfaçı məsələ ilə bağlı instaqramda bunları qeyd edib:

“Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. Bu açıqlamandan xoşum gəlmədi. İnsan keçmişdə yaşadıqlarından utanmamalıdır.

Ədəbsiz və ya mahnı oxuya bilməyən insanın klipində rol almadın. Oranı-buranı açmadın, indi “cool” olmusunuz? Nəyi gülməlidir? Nə mövzuda danışırsınız? Deyin, görək. Gülməli olan nədir? Əslində gülməli olan sizin etdiyinizdir. Keçmişinizdən utanan sizsiniz”.

Editor

Related Posts