Today Çərşənbə axşamı, 19th Avqust 2025
Birinci 24

Birinci 24

Naxçıvanlı kikboksçular Qarsdan 23 medalla qayıdıblar

Naxçıvanlı kikboksçular Qarsdan 23 medalla qayıdıblar

Birinci24 informasiya agentliyi xəbər verir ki, Türkiyənin Qars şəhərində kikboks turniri keçirilib. Ani şəhərinin fəthinə həsr olunmuş yarışa Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan olmaqla 6 ölkədən komandalar qatılıb.

Yarışda ölkəmizi “Naxçıvan Araz” Kikboksinq Klubundan baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.

Naxçıvanlı idmançılardan 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.

Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.

Editor

Related Posts