Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Putin “sağ əli”ni Tehrana niyə göndərib?

Putin “sağ əli”ni Tehrana niyə göndərib?


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Tehranda danışıqlar aparıb.

Onlar ABŞ-la qarşıdurma, təhlükəsizlik, Ukrayna münaqişəsi məsələlərinə toxunub, eləcə də digər mövzuları müzakirə ediblər.

Bu barədə “Hamshahri Online” yazıb. Məlumata görə, Şamxani İranın Ukraynada sülh yolu ilə nizamlanmanı alqışladığını bildirib və Moskva ilə Kiyev arasında “dialoq əsasında” sülhün tərəfdarı olduğunu deyib. Patruşev öz növbəsində, Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın “BMT nizamnaməsini pozaraq və güc tətbiq edərək, sanksiyalar tətbiq etdiyinə” diqqət çəkib.

Patruşevin səfərinin təfərrüatlarını açıqlayan “Hamshahri Online” tərəflərin Yaxın Şərq regionunda əməkdaşlıq, Moskva və Tehranın üzləşdiyi təhlükələri müzakirə etdiklərinə işarə edib.

Qərb ölkələri İranı Ukraynadakı döyüş əməliyyatları üçün Rusiyaya silah ötürməkdə ittiham edir. Bu səbəbdən Avropa İttifaqı artıq Tehrana qarşı sanksiyalar tətbiq edib. Moskva isə bu cür əməkdaşlığı inkar edir. Tehran da öz növbəsində tədarükün olduğunu, lakin Ukraynada döyüşlərin başlamasından bir neçə ay əvvələ təsadüf tdiyini bildirir.

Editor

Related Posts