Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

FHN Zabrat hava limanında təlim keçirib

FHN Zabrat hava limanında təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taboru Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə təlim keçirib.

FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hava limanının təhlükəsizlik xidməti ilə qarşılıqlı fəaliyyətin təşkili, həmçinin Kinoloji taborun xüsusi təlim görmüş itlərinin vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti məlumat əsasında hava limanında ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itlər cəlb olunub. Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı gözləmə zalında və helikopterlərin parklanma meydançasında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.

Editor

Related Posts