Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Deputat: “Onkoloji xəstəlik pandemiya kimi yayılıb”

Deputat: “Onkoloji xəstəlik pandemiya kimi yayılıb”

“Bu gün ölkədə fəaliyyət göstərən tibb müəssisələrində onkoloji xəstələrin kimyəvi terapiya vasitələri və yaradılan infrastrukturla uğurla həyata keçirilir. Sadəcə müəyyən məsrəflər var. Artıq bu xəstəlik pandemiya kimi yayılıb. Statistik rəqəmləri müqayisə etsək bunu görə bilərik”.

Bunu deputat İlham Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.

“İlkin səhiyyə xidməti üçün ayrılan vəsaitin daha səmərəli istifadəsi üçün nə etmək lazımdır? Rasional xərcləri nəzərə almaq lazımdır. Misal olaraq, ucqar kənd yerlərində ilkin səhiyyə xidmətlərinə əl çatması üçün ən yaxşı vasitə təcili yardım maşınları ilə xəstələrin tibb müəssilərinə vaxtında çatdırılmasıdır. Bu gün yeni təcili yardım avtomobillərinin alınması, fəaliyyəti satınalmalara uyğun olaraq həyata keçirilir. Maliyyə Nazirliyi vəsaiti vaxtında ayırsa da, bəzən tender şirkətləri bu məsələləri ləngidir. Ehtiyat hissələrinin alınması, dərman laboratoriya xidmətlərinin həyata keçirilməsi üçün lazım olan reaktivlərin alınmasında bir çox problemlər yaratmış olur. Bu kimi məsələrlədə hesab edirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müəyyən səlahiyyət və sərbəstlik vermək yaxşı olardı. Çünki ilkin tibbi xidmətin əlçatan və yaxşı olması bir sıra məsrəfləri də azaltmış olar”.

Editor

Related Posts