Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağbulaq Xizək Mərkəzinin ətrafında yaşıllıq sahələri artırılır

2022-ci ilin payız əkin mövsümündə muxtar respublika ərazisində 85 hektar sahədə toxum üsulu ilə əkin işlərinin aparılmasına dair sxem planlar hazırlanıb.

Bu metodla mövsümün ilk əkini Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Ağbulaq Kənd Turizm-İstirahət bölgəsi ərazisindəki Xizək Mərkəzinin ətrafında aparılıb. Dağ yamaclarında 10 hektar sahəyə kəndin təbiətinə xas olan həmərsin, badamça, yemişan, akasiya, sumax və yabanı alça toxumları əkilib.

Qeyd edək ki, bu ilin payızında Zəngəzur Milli Parkının, Arpaçay Dövlət Təbiət Yasaqlığı və digər ərazilərdə də yabanı meyvə və meşə ağaclarının toxumları ilə əkin işlərinin aparılması nəzərdə tutulub.

admin

Related Posts