Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ötən ay 715 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Ötən ay ərzində muxtar respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan dəmyə əkin sahələrinin uçotu aparılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1100 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 7 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Ötən ay həmçinin 715 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 509 texniki sənəd hazırlanıb, yeni yaranmış 42 daşınmaz əmlak obyektinə ünvan verilib, 124 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 504 arayış verilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 108 müraciət icra olunub.

Xidmət tərəfindən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq maarifləndirici tədbirlər də keçirilib, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar bələdiyyələrə təqdim olunub.

admin

Related Posts