Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa Bayraq Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dirçəliş Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayrağımızın ümummilli liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib.

Məktəblilərdən Yasin Ələkbərov və Fidan Həşimova bayrağa həsr olunan şeirlər söyləyiblər.

Sonra Ali Məclisin Sədri məktəblilərlə birgə qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 44, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – alov, xarıbülbül və ay-ulduzun əks olunduğu memarlıq elementləri ilə dizayn edilən Bayraq Meydanında müasir işıqlandırma sistemi quraşdırılıb, gülkarlıqlar salınıb. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülüb, suvarma sistemi qurulub, avtomobil dayanacağı yaradılıb.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərini, təəssübkeşlərini partiyanın 30 illiyi münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov deyib: “Vaxtilə biz ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının çətin günlərini görmüşük. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Yeni Azərbaycan Partiyası yaradılmasaydı, bugünkü inkişafın da şahidi ola bilməzdik. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında inkişaf nümunə gücündədir”.

Sonra Ali Məclisin Sədri tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

admin

Related Posts