Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sən mənim melodiyamsan”: Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert

“Sən mənim melodiyamsan”: Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı Müslüm Maqomayevin 80 illiyinə həsr edilmiş konsert olub.

Konsert “Rossotrudniçestvo” agentliyinin nümayəndəliyi – Bakıdakı Rus Evi tərəfindən təşkil edilib. Müslüm Maqomayevin xatirə gecəsində bu ifaçının həyat və yaradıcılığı barədə məlumat verilib, onun repertuarına daxil olan mahnılar Azərbaycan, rus və italyan dillərində səslənib. Gənc müğənnilər Camal Bəşirli, Zümrüd Davudova, Cəlal Kərimov, Bakı Musiqi Akademiyasının, Opera və Balet Teatrının solistləri Müslüm Maqomayev istedadının bütün pərəstişkarlarının xoşladığı şlyagerləri ifa ediblər. Xatirə gecəsi unudulmaz təsir bağışlayıb.

Konsertin sonunda Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov artistlərə gözəl çıxışlarına görə təşəkkürünü bildirib, Müslüm Maqomayev haqqında öz xatirələrini bölüşüb. İ.Zinnurov deyib: “Müslüm Maqomayevin xatirəsi qəlblərimizdə daim yaşayır. Onun mahnıları qaldıqca o özü də daim bizim aramızdadır, yeni, gənc səslərlə oxuyur”.

Editor

Related Posts