Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində 3 yeni kitabın təqdimatı keçirilib

“Naxçıvan” Universitetində “Mühasibat kursuna giriş”, “Maliyyə uçotu” dərs vəsaitlərinin və “Müəssisə vəsaitləri mühasibat uçotunda” monoqrafiyasının təqdimatı keçirilib.

“Naxçıvan” Universitetin rektoru Nurlana Əliyeva iqtisad elmləri doktoru Mehdi Bağırovun müəllifi olduğu kitabları maliyyə və mühasibatlıq sahəsini öyrənən tələbələr və məzunlar, gələcəkdə karyerasını bu sahədə davam etdirməyi planlaşdıran mütəxəssislər üçün mühüm vasitələr kimi qiymətləndirib və müəllifi təbrik edib.

İqtisad elmləri doktorları, professor Teymur Abbasov və Nazim Əhmədov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov çıxış edərək hər üç nəşr barədə fikirlərini bildiriblər.

Diqqətə çatdırılıb ki, “Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının əməkdaşı, iqtisad elmləri doktoru Mehdi Bağırov maliyyə və mühasibatlıq sahəsində çap olunan 36 kitabın müəllifidir. Maliyyə və mühasibatlıq sahəsində fəaliyyətin beynəlxalq və ölkədaxili səviyyədə təşkilindən bəhs edən kitablar, ümumilikdə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilib. Çıxış edənlər yeni kitabları xüsusilə tələbələr üçün mühüm vasitə kimi qiymətləndiriblər.

Digər çıxış edənlər müəllifi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

admin

Related Posts