Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəngərlidə yeni meyvə bağı salınıb

Kəngərli rayonunda mövsümün ilk yaşıllaşdırma aksiyası keçirilib. Aksiya çərçivəsində Xok kəndində yeni meyvə bağı salınıb.

Xok Bələdiyyəsinin təşəbbüsü və ictimaiyyət nümayəndələrinin fəal iştirakı ilə yeni meyvə bağı salınması üçün nəzərdə tutulan sahə əvvəlcədən əkinə hazır vəziyyətə gətirilib, hamarlama işləri görülüb, şırımlar açılıb, çalalar qazılıb. Həmin əraziyə yerli şəraitdə yetişdirilən 150 müxtəlif meyvə tingi əkilib və suvarılıb.

Qeyd edək ki, rayonun digər bələdiyyələrinə məxsus müvafiq ərazilərdə də yeni meyvə bağlarının salınması nəzərdə tutulur. Bu baxımdan lazımi hazırlıq işləri görülür, əkin keçiriləcək sahələr müəyyənləşdirilir, hamarlanır, ting tədarük edilir.

admin

Related Posts