Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Mənə dibdən çıxmağa o dəstək oldu”

Vüsalə Əlizadə müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova barədə danışıb.

Bu haqda o, aparıcısı olduğu “7 canlı” verilişində söz açıb.

Vüsalə çətin dönəmlərində ona Zöhrənin dəstək olduğunu bildirib:

“Ən çətin dönəmlərdə, bəlkə də, mənə dogma, hər gün yanımda olan, zamanımı, vaxtımı ayırdığım insanlardan çox əlimi tutan, ən böyük dəstəyini gördüyüm insan Zöhrə oldu. Çünki o, bu həyatın dibini yaşayıb çıxmış qadın kimi yanımda oldu. Mənə o qədər təsəlli verdi ki, dibdən çıxmağıma kömək oldu. Onun gücünü, iradəsini çox sevirəm”, – deyə, Əlizadə qeyd edib.

admin

Related Posts