Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Teatr direktorları qocalıb, yaşı 65-i keçib, niyə işləyirlər, çıxsınlar da…”

“Teatr direktorları qocalıb, yaşı 65-i keçib, niyə işləyirlər, çıxsınlar da…”

“Teatr direktorları qocalıb, yaşı 65-i keçib, niyə işləyirlər, çıxsınlar da…”

“Mənim fikrimcə sənətkarların yaşı olmur. Sənətkarlara, şairlərə, yazıçılara yaş həddi qoymaq olmaz. Deyək ki, Ramiz Rövşən, 75 yaşın var, daha şeir yazma?! Aktyor da yaradıcı insandır. Belə rollar var ki, onu yaşlı adam oynaya bilər. Teatr direktorları niyə bu qanunsuzluqlara yol verirlər? Yaxud Mədəniyyət Nazirliyi niyə buna göz yumur, şərait yaradır?!”

Bunu millət vəkili, Milli Məclisinin mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib. O, daha sonra əlavə edib.

“İndi Afaq Bəşirqızına deyək ki, yaşlanmısan, get?! Onu əvəz edə biləcək aktrisan varmı?! Xalq artisti Nurəddin Mehdixanlının 66 yaşı var, yaş həddi bir az keçib. O gün Ağdamın işğaldan azad olunmasının 2-ci ildönümündə elə çıxış etdi ki, bütün Ağdamı ayağa qaldırdı. Zalda təxminən 500 adam var idi. Tariyel Qasımov maşallah elə bil cavan oğlandır, hərəkəti, dinamikası yerində. Ağasadıq Gəraybəyli 90 yaşında səhnəyə çıxırdı. İsmayıl Osmanlını biz film və teatrda yalnız qoca yaşlarından sonra görmüşük. Cabbar Qaryağdıoğlu ən gözəl muğamlarını qoca yaşlarında oxumayıb?! Sənət adamlarına, müəllimlərə bu yaş həddini qoymaq düzgün deyil. Alimlər, akademiklər, universitet müəllimləri işləyir, nə oldu aktyor köhnəldi?! Adam işləmək istədiyi vaxt sən ona deyirsən ki, çıx get. O da xəstələnir, psixologiyasına mənfi təsir edir. Azərbaycanda çox olsun 50 nəfər belə aktyor var. Bu 50 nəfəri Mədəniyyət Nazirliyi saxlaya bilmir?! Amma Mədəniyyət Nazirliyinin müavini nə qədər pul yeyir, onu tuturlar. O puldan bir az saxla, həmin aktyorların maaşını ver də. Direktorlar özləri də qocalacaqlar da. Eləsi var ki, bəlkə qocalıb, yaşı 65-i keçib, niyə işləyirlər ki?! Çıxsınlar da” deyə millət vəkili bildirib.

Aqil Abbas bildirib ki, Milli Məclisdə aktyorların yaş senzi ilə bağlı hər-hansısa qanun qəbul olunmayıb.

“Bəzi direktorlar sənətkarları teatrdan uzaqlaşdıranda deyiblər ki, bununla bağlı Milli Məclisdə qərar qəbul olunub. Mən Mədəniyyət komitəsinin üzvüyəm, amma indiyə qədər belə bir qərarın qəbul olunduğunu eşitməmişəm. Bəlkə də o dərsə getməmişəm (gülür). Bizim adımızdan danışmasınlar, öz adlarından danışsınlar. Tapşıracam araşdırsanlar ki, hansı teatr direktorunun neçə yaşı var?! Tələb edəcəm ki, hamısını işdən çıxarsınlar. Mədəniyyət komitəsinin üzvləri sənətkarları sevən şəxslərdən ibarətdir. İstər Qənirə xanım, istər mən, istərsə də Fazil Mustafa və s. Necə aktyorların teatrdan çıxarılmasının tərəfdarı ola bilərik?! Bunu direktorlar özbaşına etmir ki. Direktorlar Fövqəlada Hallar Nazirliyinə tabedir?! Ora tabe deyil axı, Mədəniyyət Nazirliyinə tabedirlər. Sənətkarlarla ehtiyyatlı olsunlar, onlar kövrək insanlardır. Hər söz onlara toxunur, pis təsir edir. Milli Məclisdə bu mövzunu dünən müzakirə etdik. İnanıram ki, müsbət nəticələri olacaq” deyə Aqil Abbas bildirib.

Editor

Related Posts