
Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu ölüb.
Օ bu gün müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.