Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yüz yaşlı tamaşa bu dəfə Babək rayonunda nümayiş olunub

Şahbuz Rayon Xalq Teatrının kollektivi Süleyman Rüstəmin eyniadlı komediyası əsasında hazırlanmış “Çimnaz xanım yuxudadır” tamaşasını Babək Rayon Mədəniyyət Sarayında nümayiş etdirib. Əsas ideya və məzmununda ailədə sədaqət və düzgünlüyün təbliğ olunduğu səhnə əsərinin quruluşçu rejissoru Elbəyi Qəhrəmanovdur.

Qafar rolunda Elbəyi Qəhrəmanov, Çimnaz rolunda Səadət Abdinova, Əli rolunda Amil Əsgərov, Nabat rolunda İlahə Səfiyevanın izləyici qarşısına çıxdığı tamaşada teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evdə qurduğu oyundan bəhs edilir.

Qeyd edək ki, Xalq şairi Süleyman Rüstəmin ilk qələm təcrübələrindən olan “Çimnaz xanım yuxudadır” bir pərdəli komediya ilk dəfə 1922-ci ildə məhşur aktyor Mirzağa Əliyevin köməyi ilə “Tənqid-təbliğ” teatrında tamaşaya qoyulub. Artıq bir əsrdir ki, müxtəlif teatrların repertuarında yer alan və Şahbuz Rayon Xalq Teatrında uğurla səhnəyə qoyulan tamaşa Babək rayonunun teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.

admin

Related Posts