
Noyabr ayında 89-u yaşa, 20-si sağlamlıq imkanlarının məhdudluğuna, 24-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 133 vətəndaşa əmək pensiyası təyin olunub. 120 vətəndaşa ilk dəfə pensiya təyin olunduğu halda 13-nün isə pensiya növündə dəyişiklik edilib. Onlardan 40-ı kişi, 93-ü isə qadındır. Qanunvericiliyə uyğun olaraq 556 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Eyni zamanda fərdi uçot sisteminin qurulması ilə əlaqədar müvafiq işlər də diqqətdə saxlanılıb, ilk dəfə əmək fəaliyyətinə başlayan 360 sığortaolunana fərdi şəxsi hesab açılıb
Ötən ay məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 9 milyon 999 min 800 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 8,4 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,6 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Bundan başqa, dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar da diqqətdə saxlanılıb, sığortaedənlər tərəfindən 84 min 164 manat vəsait fondun hesabına köçürülüb, sığorta ödənişi almaq hüququ olan hərbi qulluqçulara sığorta ödənişi verilib. Ümumilikdə pensiya ödənilməsinə 15 milyon 679 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 289 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımların da pensiya ilə birlikdə ödənilməsi həyata keçirilib.
Həmçinin hesabat dövründə 9 hüquqi və 367 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Pensiya təyinatı alt sisteminə daxil edilən pensiya işlərinin sayı 25 mini ötüb.