Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

NDU-da görkəmli tarzən Zeynalabdin Babayevin solo konserti təqdim edilib

Naxçıvan Dövlət Universitetində Musiqi təlimi kafedrasının baş müəllimi, əməkdar artist Zeynalabdin Babayevin “Şuşa ilinə həsr olunmuş” solo konserti keçirilib.

Konsertin repertuarına Azərbaycan bəstəkarlarından Tofiq Bakıxanovun 1 saylı konserti, Vasif Adıgözəlovun “Qərənfil”, Yaşar Xəlilovun “Sözsüz mahnı”, Azərbaycan xalq mahnılarına və Rast muğamından parçalara, eləcə də dünya klassik musiqi nümunələrinə yer verilib.

Maraqla qarşılanan konsert proqramından sonra universitetin rektoru Elbrus İsayev bildirib ki, müasir dövr tar ifaçılarının özünəməxsus xüsusiyyətlərinin formalaşması nəticəsində, həm milli alətin dünya musiqi alətləri ailəsinə inteqrasiyası mümkün olub, həm də dünya konsert səhnələrində böyük orkestrlərin müşayiəti ilə uğurlu solo konsert proqramları həyata keçirilir. Tarzən Zeynalabdin Babyevin xarici ölkə bəstəkarlarının əsərlərini uğurla ifa etməsi onun musiqi dünyagörüşünü və yeni ifaçılıq vərdişlərinin vəhdətini özündə ehtiva etmə bacarığından irəli gəlir.

Musiqi ifaçılığı sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova yaradılan şəraitin müasir tar ifaçılığı sənətinin daha da inkişafına səbəb olduğunu vurğulayıb. Nazir müəllifin timsalında görkəmli sənət ustalarının beynəlxalq festival və konsertlərdə məharətli ifaları ilə iştirakını ölkəmizin zəngin musiqi mədəniyyətinin mühüm göstəricilərindən biri kimi dəyərləndirib.

İştirakçılar əməkdar artist Zeynalabdin Babayevi təbrik edib, ona “Təşəkkürnamə” təqdim olunub.

admin

Related Posts