Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda təhsil alan tələbələr “AzərGold”un geoloji kəşfiyyat işlərində iştirak edəcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında təsdiqlənmiş əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq cəmiyyətinin mütəxəssisləri Naxçıvan Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə nazirliyin şöbə müdiri Şövqi Əliyev hamiliyə verilmiş tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

“AzerGold” QSC-nin müşaviri Rəşxan Qaraşlı və cəmiyyətin mütəxəssisləri şirkətin fəaliyyəti və missiyası barədə tələbələrə məlumat veriblər.

Qeyd olunub ki, “AzerGold” QSC dağ-mədən sahəsindəki fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən əsas ixracatçı dövlət şirkətlərindən biridir. Cəmiyyət yeni iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün də ardıcıl işlər həyata keçirir. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra ali və peşə təhsili məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri qurur. Vurğulanıb ki, “AzerGold” tərəfindən artıq ikinci ildir ki, ali və peşə təhsili üzrə təqaüd proqramı müsabiqlərini uğurla başa vuran tələbələr məzun olduqdan sonra müvafiq sahələrdə işlə təmin edilir.

Şirkətin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar. Nəticədə şirkətin Culfa rayonunda yerləşən “Göydağ” filiz sahəsində aparılan aktiv geoloji kəşfiyyat işlərində tələbələrin iştirak etməsi təmin ediləcək və bununla da istedadlı tələbələrin bilik və bacarıqları daha da inkişaf edəcək.

Görüşdə “İnsan kapitalının idarə olunması və təhsil müəssisələri ilə əməkdaşlıq”, “Göydağ” sahəsində həyata keçirilən geoloji kəşfiyyat işləri” və “İstehsalat fəaliyyəti zamanı ətraf mühitə təsirlərin idarə olunması” mövzularında təqdimatlar edilib, tələbələrə əyani olaraq filiz süxuları nümayiş etdirilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrdə aktivliyi ilə fərqlənən tələbələrə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin hədiyyələri təqdim edilib.

admin

Related Posts