Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Neytrallığını pozdu – Ukraynaya yardım edən ilk Afrika ölkəsi oldu

Neytrallığını pozdu – Ukraynaya yardım edən ilk Afrika ölkəsi oldu

Mərakeş ABŞ-ın tövsiyəsi ilə Ukraynanı T-72 tanklarının ehtiyat hissələri ilə təmin edəcək.

Mərakeş bununla Ukraynaya hərbi yardım göstərən ilk Afrika dövləti olacaq.

Mərakeş Silahlı Qüvvələrinin arsenalında çoxlu sayda T-72B və T-72BK tankları var. Bunlar 1999-2001-ci illərdə Belarusdan alınıb.

Məlumata görə, Vaşinqton mütləq məxfilik çərçivəsində rəsmi Rabatı Ukrayna Silahlı Qüvvələrini T-72 tanklarının ehtiyat hissələri ilə təmin etməyə razı sala bilib.

Əvvəllər Mərakeş Rusiyaya qarşı neytral qalıb. Mart və aprel aylarında BMT Baş Assambleyasında ölkənin nümayəndəsi Rusiya əleyhinə qətnaməyə səsvermədə bitərəf olub.

Rusiya mətbuatı yazır ki, Rabat son aylarda ABŞ-ın təkidi ilə bitərəfliyi pozmaq qərarına gəlib. Mərakeş rəsmilərinin Almaniyada ABŞ-ın 40 müttəfiqi ilə görüşdə iştirak etdikləri də iddia edilib.

Editor

Related Posts