
Təxirə salınmış Bakı-Naxçıvan uçuşları bu tarixə keçirildi
- Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək.
- Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək.
Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.