Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Məni bir günlük maliyyə naziri qoysalar…” – Aygün Kazımova

“Məni bir günlük maliyyə naziri qoysalar…” – Aygün Kazımova

“Nə edirsiniz pulu, onun altından çıxmaq var. Bir saniyənin içində pulu yox edərəm. Məni bir günlük maliyyə naziri qoysalar, bir günə ölkəni çökdürərəm. Bu qabiliyyət məndə var, heç kim bacarmaz”.

Bu sözləri Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” proqramında deyib. Müğənni layihələrinə xərclədiyi pullardan danışıb:

“Min konsert edərəm. Kosmosdan adam gətirərəm. Özümdən başqa nə varsa, hər şeyi layihələrə qoyuram. Ziyanlı şeyə pul xərcləmərəm. Məsələn, pencək almalıyam, gedirəm, ondan başqa nə istəyirsiniz alıram. Deyirəm, lazım olacaq”.

Kazımova səhnə geyimlərinin aqibətindən bəhs edib:

“Bir paltarı iki dəfə geyinə bilmirəm. Peşəmin tələbləri var. Geyimlərin hamısını özümdə saxlayıram. Dizaynerlər bəzən dəyişirlər, yenidən istifadə edirəm”.

Editor

Related Posts